• Həftə İçi
    09:00 – 18:00
  • Həftə Sonu
    10:00 – 17:00

Tədbirlər

sentyabr 15, 2026

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları Qvardiya General - mayoru Həzi Aslanovun Ev-muzeyi bu gün elm və mədəniyyət dünyasının dəyərli nümayəndələrini – Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin dosenti, filologiya elmləri namizədi Kuljanova Bəktigül Rayxanovna və filologiya üzrə fəlsəfə doktoru, dosent Qumru Şəhriyar xanımlar qonaq oldu. ​Əfsanəvi generalın ruhu ilə nəfəs alan bu ocaqda qonaqlarımızla keçmişin izləri, qəhrəmanlıq salnaməmiz və xalqlarımızın qardaşlıq bağları barədə kövrək və mənalı anlar yaşandı. Muzeyimizin eksponatları ilə tanışlıq zamanı səslənən fikirlər, ortaq dəyərlərimizə olan ehtiram, bir daha sübut etdi ki, qəhrəmanların vətəni bütün dünyadır.

iyun 17, 2026

Elm və Təhsil Nazirliyi ilə Mədəniyyət Nazirliyinin birgə təşkil etdiyi layihə çərçivəsində, Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin 5, 6 və 7-ci sinif şagirdlərinin, Lənkəran şəhər Osaküçə kənd İdrak Hüseynov adına tam orta ümumtəhsil məktəbinin müəllim,valideyn və sinif şagirdləri Həzi Aslanovun Ev-muzeyinə ekskursiyası təşkil olunub. Ekskursiya müddətində şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədilə interaktiv dərslər, intellektual yarışlar və praktiki məşğələlər keçirilib. Bu formatda təşkil olunan tədbirlər şagirdlərdə milli-mənəvi dəyərlərə hörmət və tarixi irsimizə maraq hissini daha da artırır.

iyun 16, 2026

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) tərəfindən elan olunmuş ənənəvi "Uşaq Hüquqları Aylığı" çərçivəsində Həzi Aslanovun Ev-Muzeyində Lənkəran şəhər Həzi Aslanov adına 3 saylı orta məktəb, Masallı rayon Əfqan Mirzəyev adına Qızılavar kənd tam orta məktəbinin şagirdlərinin iştirakı ilə maarifləndirici görüş keçirilmişdir. Məktəblilərə onların hüquq və azadlıqları haqqında məlumat verilmiş, eyni zamanda vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət və tarixi irsimizin qorunmasının əhəmiyyəti vurğulanmışdır. Gənc nəslin hüquqlarının qorunması, onların maariflənməsi və vətənpərvər ruhda tərbiyə olunması gələcəyimizin etibarlı təminatıdır.

iyun 5, 2026

5 iyun 2026-cı il tarixdə AYB Lənkəran Bölməsinin və Lənkəran şəhərlərindəki H.Aslanov ev muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun 120 illiyi münasibətilə yubiley tədbiri keçirildi. Tədbirdə yazıçı və şairlər,muzeyin əməkdaşları,şagirdlər iştirak etdilər. Tədbiri giriş sözü ilə Muzeyin direktoru Vəfa Babayeva açaraq qonaqları salamladı,birgə görüşün əhəmiyyətini qeyd etdi. Tədbir iştirakçıları şəhidlərimizin,doğum günü olan nakam şairimiz Mikayıl Müşfiqin,Səməd Vurğunun və Həzi Aslanovun xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. AYB Lənkəran Bölməsinin sədri Qafar Cəfərli çıxış edərək yubiley tədbirinin iki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya general- mayoru Həzi Aslanovun ev muzeyində keçirilməsininin simvolik məna daşıdığını,hər iki Böyük Azərbaycanlının xidmət etdikləri sahənin dahi sərkərdələri olduğunu xüsusi ilə qeyd etdi. Tədbir xalqımızın Tədbirdə Muzeyin əməkdaşı Həcər Nəsirova, tarixçi-alim, Lənkəran Tarix və Diyarşünaslıq Muzeyinin direktoru Leyla Məcidova,şairlər Ağamir Cavad,Xudaverdi Cavad,Xatirə Xatun,Qorxmaz Kadusi,Əfsanə Sultan çıxış edərək S.Vurgunun möhtəşəm poeziyası ilə bağlı düşüncələrini bölüşdülər,şeirlər səsləndirdilər. Məktəb şagirdləri Xədicə Ağayeva və Nuriyyə Məhərrəmovanın Böyük S. Vurğundan qiraət etdikləri şeirlər; Mirsalam Tağıyevin (S. Vurğun rolunda) və Hüseyn Məmmədlinin (H.Aslanov rolunda) ifa etdikləri S.Vurğunun H. Aslanova xəncər hədiyyə etməsi ilə bağlı məşhur görüşü canlandırdıqları səhnə tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Tədbir muzeylə tanışlıq və Xatirə şəkilləri çəkilməklə sona yetdi.

iyun 2, 2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları Qvardiya General - mayoru Həzi Aslanovun Ev-Muzeyində məktəblilər və balaca ziyarətçilər qonaq oldular.Balaca ziyarətçiləri qəbul etməkdən böyük məmnunluq duyduq. Muzeylə tanış olan uşaqlar Azərbaycanın igid oğlu, Həzi Aslanovun şərəfli həyat yolu və qəhrəmanlıqları haqqında məlumat əldə etdilər. Onların marağı və vətənpərvərlik ruhu ilə səsləndirdikləri fikirlər, sevinc dolu baxışları və səmimi təəssüratları bu günü daha da yaddaqalan etdi. Uşaqlar bizim gələcəyimiz, ən böyük sərvətimizdir. dünyanın ən saf sevgisi, ən gözəl gülüşü və gələcəyimizin ümididir. Arzu edirik ki, onların həyat yolu daim işıqlı, uğurlu və xoşbəxt olsun. Onların üzündən təbəssüm, qəlbindən sevinc heç vaxt əskik olmasın.

may 25, 2026

Bu gün tarix yazan sərkərdə, İki dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank Qoşunları Qvardiya General-mayoru Həzi Aslanovun Ev-Muzeyinin fəaliyyətə başlamasının 57 illiyi tamam olur. Bu müqəddəs məkan artıq 57 ildir ki, xalqımızın qəhrəman oğlu Həzi Aslanovun şərəfli ömür yolunu, döyüşlərdə göstərdiyi misilsiz igidliyi və Vətənə olan sonsuz sədaqətini yaşadır, gələcək nəsillərə ötürür. Həzi Aslanovun Ev-Muzeyi təkcə bir tarix guşəsi deyil, həm də bir millətin yaddaşı, bir xalqın qürur yeridir. Buraya daxil olan hər bir ziyarətçi sanki keçmişə səyahət edir, qəhrəmanlıqla yoğrulmuş bir ömrün izlərinə toxunur və Vətən sevgisinin nə demək olduğunu daha dərindən hiss edir. İllər ötür, nəsillər dəyişir, amma Həzi Aslanovun adı, onun igidliyi və xalqımızın qəlbində yaratdığı qürur hissi heç vaxt solmur. Bu muzey isə həmin əziz xatirəni qoruyub yaşadan müqəddəs bir ocaq kimi daim öz yüksək dəyərini saxlamaqdadır.