Qazaxıstanlı qonaqlar muzeyi ziyarət ediblər
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları Qvardiya General - mayoru Həzi Aslanovun Ev-muzeyi bu gün elm və mədəniyyət dünyasının dəyərli nümayəndələrini – Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin dosenti, filologiya elmləri namizədi Kuljanova Bəktigül Rayxanovna və filologiya üzrə fəlsəfə doktoru, dosent Qumru Şəhriyar xanımlar qonaq oldu.
Əfsanəvi generalın ruhu ilə nəfəs alan bu ocaqda qonaqlarımızla keçmişin izləri, qəhrəmanlıq salnaməmiz və xalqlarımızın qardaşlıq bağları barədə kövrək və mənalı anlar yaşandı. Muzeyimizin eksponatları ilə tanışlıq zamanı səslənən fikirlər, ortaq dəyərlərimizə olan ehtiram, bir daha sübut etdi ki, qəhrəmanların vətəni bütün dünyadır.
Event Gallery