Xalq şairi Səməd Vurğunun 120 illiyi münasibətilə tədbir keçirilib

Tarix: 05 iyun, 2026

Həftə Sonu: 12:43

Məkan: Həzi Aslanovun Ev-muzeyi

5 iyun 2026-cı il tarixdə AYB Lənkəran Bölməsinin və Lənkəran şəhərlərindəki H.Aslanov ev muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun 120 illiyi münasibətilə yubiley tədbiri keçirildi.
Tədbirdə yazıçı və şairlər,muzeyin əməkdaşları,şagirdlər iştirak etdilər.
Tədbiri giriş sözü ilə Muzeyin direktoru Vəfa Babayeva açaraq qonaqları salamladı,birgə görüşün əhəmiyyətini qeyd etdi.
Tədbir iştirakçıları şəhidlərimizin,doğum günü olan nakam şairimiz Mikayıl Müşfiqin,Səməd Vurğunun və Həzi Aslanovun xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
AYB Lənkəran Bölməsinin sədri Qafar Cəfərli çıxış edərək yubiley tədbirinin iki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya general- mayoru Həzi Aslanovun ev muzeyində keçirilməsininin simvolik məna daşıdığını,hər iki Böyük Azərbaycanlının xidmət etdikləri sahənin dahi sərkərdələri olduğunu xüsusi ilə qeyd etdi.
Tədbir xalqımızın
Tədbirdə Muzeyin əməkdaşı Həcər Nəsirova, tarixçi-alim, Lənkəran Tarix və Diyarşünaslıq Muzeyinin direktoru Leyla Məcidova,şairlər Ağamir Cavad,Xudaverdi Cavad,Xatirə Xatun,Qorxmaz Kadusi,Əfsanə Sultan çıxış edərək S.Vurgunun möhtəşəm poeziyası ilə bağlı düşüncələrini bölüşdülər,şeirlər səsləndirdilər.
Məktəb şagirdləri Xədicə Ağayeva və Nuriyyə Məhərrəmovanın Böyük S. Vurğundan qiraət etdikləri şeirlər; Mirsalam Tağıyevin (S. Vurğun rolunda) və Hüseyn Məmmədlinin (H.Aslanov rolunda) ifa etdikləri S.Vurğunun H. Aslanova xəncər hədiyyə etməsi ilə bağlı məşhur görüşü canlandırdıqları səhnə tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
Tədbir muzeylə tanışlıq və Xatirə şəkilləri çəkilməklə sona yetdi.

Event Gallery

Eventdə çəkilmiş şəkil.
Eventdə çəkilmiş şəkil.
Eventdə çəkilmiş şəkil.
Eventdə çəkilmiş şəkil.
Eventdə çəkilmiş şəkil.
Eventdə çəkilmiş şəkil.
Eventdə çəkilmiş şəkil.
Eventdə çəkilmiş şəkil.
Eventdə çəkilmiş şəkil.
Eventdə çəkilmiş şəkil.
Eventdə çəkilmiş şəkil.
Eventdə çəkilmiş şəkil.
Eventdə çəkilmiş şəkil.
Eventdə çəkilmiş şəkil.
Eventdə çəkilmiş şəkil.
Eventdə çəkilmiş şəkil.
Eventdə çəkilmiş şəkil.
Eventdə çəkilmiş şəkil.
Eventdə çəkilmiş şəkil.

Digər Tədbirlər

15, sentyabr 2026

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları Qvardiya General - mayoru Həzi Aslanovun Ev-muzeyi bu gün elm və mədəniyyət dünyasının dəyərli nümayəndələrini – Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin dosenti, filologi...

17, iyun 2026

Elm və Təhsil Nazirliyi ilə Mədəniyyət Nazirliyinin birgə təşkil etdiyi layihə çərçivəsində, Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin 5, 6 və 7-ci sinif şagirdlərinin, Lənkəran şəhər Osaküçə kənd İdrak Hüseynov adına tam orta ...

16, iyun 2026

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) tərəfindən elan olunmuş ənənəvi "Uşaq Hüquqları Aylığı" çərçivəsində Həzi Aslanovun Ev-Muzeyində Lənkəran şəhər Həzi Aslanov adına 3 saylı orta məktəb, Masallı rayon Əfqan Mirzəyev adına Q...

02, iyun 2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları Qvardiya General - mayoru Həzi Aslanovun Ev-Muzeyində məktəblilər və balaca ziyarətçilər qonaq oldular.Balaca ziyarətçiləri...