1 iyun-Uşaqların Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları Qvardiya General - mayoru Həzi Aslanovun Ev-Muzeyində məktəblilər və balaca ziyarətçilər qonaq oldular.Balaca ziyarətçiləri qəbul etməkdən böyük məmnunluq duyduq.
Muzeylə tanış olan uşaqlar Azərbaycanın igid oğlu, Həzi Aslanovun şərəfli həyat yolu və qəhrəmanlıqları haqqında məlumat əldə etdilər. Onların marağı və vətənpərvərlik ruhu ilə səsləndirdikləri fikirlər, sevinc dolu baxışları və səmimi təəssüratları bu günü daha da yaddaqalan etdi.
Uşaqlar bizim gələcəyimiz, ən böyük sərvətimizdir. dünyanın ən saf sevgisi, ən gözəl gülüşü və gələcəyimizin ümididir.
Arzu edirik ki, onların həyat yolu daim işıqlı, uğurlu və xoşbəxt olsun. Onların üzündən təbəssüm, qəlbindən sevinc heç vaxt əskik olmasın.
Event Gallery