LDU və Şirvan Dövlət Kollecinin Tələbələri Həzi Aslanovun Ev-Muzeyində

Tarix: 17 may, 2026

Həftə Sonu: 10:00

Məkan: Hazi Aslanov Ev Muzeyi

Gənclərin tariximizə marağı sevindiricidir.

Lənkəran Dövlət Universitetinin Filologiya və İbtidai Təhsil fakültəsinin məktəbəqədər kafedrasının müəllimi Nağıyeva Zemfira tələbələri ilə, Şirvan Dövlət iqtisadiyyat və Humanitar kolleci tələbə və müəllimləri İki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları Qvardiya General- mayoru Həzi Aslanovun Ev-Muzeyini ziyarət edərək böyük sərkərdə Həzi Aslanovun həyat və döyüş yolunu əks etdirən eksponatlarla tanış oldular.

Muzeydə keçirilən görüş zamanı tələbələrə Həzi Aslanovun keçdiyi şərəfli ömür yolu, Vətən qarşısındakı misilsiz xidmətləri haqqında məlumat verildi. Gənclərin diqqəti və marağı ziyarəti daha da yaddaqalan etdi.

Tarixini tanıyan və qəhrəmanlarını unutmayan gənclər gələcəyimizin ən böyük qürurudur

Digər Tədbirlər

15, sentyabr 2026

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları Qvardiya General - mayoru Həzi Aslanovun Ev-muzeyi bu gün elm və mədəniyyət dünyasının dəyərli nümayəndələrini – Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin dosenti, filologi...

17, iyun 2026

Elm və Təhsil Nazirliyi ilə Mədəniyyət Nazirliyinin birgə təşkil etdiyi layihə çərçivəsində, Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin 5, 6 və 7-ci sinif şagirdlərinin, Lənkəran şəhər Osaküçə kənd İdrak Hüseynov adına tam orta ...

16, iyun 2026

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) tərəfindən elan olunmuş ənənəvi "Uşaq Hüquqları Aylığı" çərçivəsində Həzi Aslanovun Ev-Muzeyində Lənkəran şəhər Həzi Aslanov adına 3 saylı orta məktəb, Masallı rayon Əfqan Mirzəyev adına Q...

05, iyun 2026

5 iyun 2026-cı il tarixdə AYB Lənkəran Bölməsinin və Lənkəran şəhərlərindəki H.Aslanov ev muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun 120 illiyi münasibətilə yubiley tədbiri keçirildi. Tədbirdə y...