18 may-Beynəlxalq Muzeylər Günü qeyd olunub
18 - May Beynəlxalq Muzeylər Günü münasibətilə şöhrətli sərkərdə İki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları Qvardiya General - mayoru Həzi Aslanovun Ev - muzeyində çoxsaylı ziyarətçiləri, məktəbliləri və dəyərli qonaqları qarşılamaqdan böyük məmnunluq duyduq. Bakı şəhəri Mərkəzi Hərbi Hospitalın bir qrup işçiləri, Neftçala rayonu Q. Nuralıyev adına Xol Qaraqaşlı kənd tam orta ümumtəhsil məktəbinin müəllimləri, gün ərzində keçirilən görüşlər, ekskursiyalar və maraqlı söhbətlər muzeylərin tariximizi yaşatmaqda və gələcək nəsillərə çatdırmaqda nə qədər önəmli olduğunu bir daha göstərdi.Gənc nəslin tariximizə olan marağı, qonaqlarımızın xoş təəssüratları və səmimi sözləri bu əlamətdar günü daha da yaddaqalan etdi. Muzeyi ziyarət edən hər kəsə təşəkkür edir, tariximizə və milli dəyərlərimizə göstərilən diqqəti yüksək qiymətləndiririk.
Cəsur qəhrəmanın Ev - muzeyinə təşrif buyuran hər bir qonaq bütün muzey əməkdaşlarının Peşə bayramı münasibətilə səmimi təbriklərini bildirdilər.
Muzeylər keçmişimizi yaşadan, gələcəyə ötürən mənəvi körpüdür.
Tariximizi birlikdə yaşadaq və qoruyaq!
Event Gallery